Xəbər lenti
Bu gün, 18:48
Bu gün, 17:30
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
“Hazırda biz Rusiya Federasiyasının yaxın günlərdə genişmiqyaslı hücuma başlayacağının əlamətlərini görmürük”.
Ovqat.com-un məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Ali Radanın nümayəndələri ilə görüşdən sonra jurnalistlərə verdiyi brifinqdə bildirib.
"Biz bu gün ölkəmiz ərazisində baş verənlərdən də, ölkəmizin ərazisində mövcud olan risklərdən də tam xəbərdarıq. Vəziyyət tam nəzarətdədir, üstəlik, biz bu gün görmürük ki, 16 və ya 17 fevralda Rusiya Federasiyası tərəfindən böyük miqyaslı hücum baş verə bilər. Biz belə bir əlamət görmürük”.
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski də xalqa müraciət edib.
Müraciətdə deyilir:
“Böyük ölkənin böyük insanları!
Bizi böyük müharibə ilə qorxudur və hərbi işğalın tarixi yenidən müəyyənləşdirirlər. Bu, birinci dəfə deyil. Amma bu gün dövlətimiz həmişəkindən güclüdür.
Biz sülh istəyirik və bütün məsələləri müstəsna olaraq danışıqlar yolu ilə həll etmək istəyirik. Həm Donbass, həm də Krım Ukraynaya qayıdacaq, amma yalnız diplomatiya yolu ilə. Biz başqalarının torpaqlarına göz dikmirik, amma öz torpaqlarımızdan da əl çəkməyəcəyik. Bizim gözəl ordumuz var. Bizim uşaqlar unikal döyüş təcrübəsinə və müasir silahlara malikdir. Bu, səkkiz il əvvəlkindən qat-qat güclü ordudur.
Bizə deyirlər ki, fevralın 16-sı hücum günü olacaq. Biz bunu Birlik Gününə çevirəcəyik. Artıq bununla bağlı müvafiq sərəncam imzalanıb. Həmin gün biz dövlət bayraqlarını qaldıracaq, mavi və sarı lentlər taxacaq, birliyimizi dünyaya nümayiş etdirəcəyik.
Bizim böyük Avropa arzumuz var. Biz azadlıq istəyirik və onun uğrunda mübarizə aparmağa hazırıq. Hamımız xoşbəxt yaşamaq istəyirik və xoşbəxtlik güclüləri sevir. Biz heç vaxt təslim olmayacağıq və bununla razılaşmayacağıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar