Xəbər lenti
Bu gün, 18:48
Bu gün, 17:30
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Ermənistanda Azərbaycan deputatlarının paytaxt İrəvana səfərinə görə etiraz aksiyası keçirilir. Vətəndaşlar “Zvartnots” hava limanına gedən yolu bağlamaqla azərbaycanlı deputatların “Avronest”in Parlament Assambleyasına qatılmağına mane olmağa çalışıblar. Daha sonra yolun azad olunmasını tələb edən polislə vətəndaşlar arasında qarşıdurma baş verib.
“Report”un xəbərinə görə, aksiya iştirakçılarından biri mitinqin məqsədini belə izah edib: “Türklərlə (azərbaycanlılar – red.) dostluq etməmək üçün yığışmışıq”. Aksiyaçıların sözlərinə görə, onlar ümumiyyətlə Azərbaycan və Türkiyə ilə münasibətin normallaşmasına qarşıdırlar.
Qeyd etmək lazımdır ki, bu, son həftələrdə İrəvanda və ölkənin digər bölgələrində keçirilən birinci antitürk, müharibə çağırışlı mitinq deyil. Ermənistanda istər Türkiyə, istərsə də Azərbaycana qarşı mütəmadi olaraq etiraz aksiyaları keçirilir. Onlar hökumətdən bu iki dövlətlə münasibətlərin normallaşması prosesini dayandırmaq və Qarabağda Azərbaycana qarşı müharibənin bərpa olunmasını tələb edirlər. Münaqişənin sona çatmasına baxmayaraq, türk-müsəlman düşmənçiliyi, ksenofobiya düşüncəsi erməni cəmiyyətində hakimdir. Həm qərb, həm də şərqdən türk dövlətləri ilə həmsərhəd olan Ermənistanın iki ölkə ilə münasibətləri normallaşdırma, ərazi iddialarından əlçəkmə, sərhədlərin açılmasından başqa yolu olmadığını erməni cəmiyyəti anlaya bilmir və ya anlamaq istəmir.
Maraqlıdır ki, 2016-cı ildə eyni tədbir üçün erməni deputatları Bakıya səfər edəndə tamam fərqli rəftarla qarşılaşmışdılar. Belə ki, Azərbaycanın 20 %-ni işğal altında saxlayan ölkənin deputatları heç bir əngəl olmadan nəinki tədbirdə iştirak edə bildi, hətta Bakının görkəmli yerlərini sərbəst gəzib görə, şəhərin mərkəzindəki erməni kilsəsinin vəziyyəti ilə tanış ola bilmişdilər. Azərbaycandan xoş təəssüratla ayrılan erməni deputatlar sosial şəbəkədə məmnuniyyətlə Bakıdakı xatirə şəkillərini də paylaşmışdılar.
Digər diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandasının üzvləri çıxışlarında tez-tez Azərbaycanla sülhə hazır olduqlarını, lakin bununla bağlı Azərbaycandan müsbət cavab almadıqlarını iddia edirlər. Əlbəttə, onların bu populist çıxışlarının heç bir əsası olmadığı, əksinə, pozucu qüvvənin məhz erməni tərəf olduğu ölkədəki antitürk, ksenofob aksiyalardan məlum olur.
Sadəcə iki azərbaycanlı deputatın İrəvana gəlişindən, aksiya iştirakçılarının təbirincə, “onların İrəvanda qəhvə içmələri”ndən narahat olan Ermənistan cəmiyyəti barışa hazır olmadığını, militarist mövqedən çıxış edərək regionun əmin-amanlığı, təhlükəsizliyinə töhfə vermək niyyətində olmadığını nümayiş etdirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar