Xəbər lenti


Dünən martın 6-da Dnestryanı bölgənin paytaxtında bəzi qrupların keçirməyə çalışdığı Rusiya qoşunlarının Ukraynanı işğalına dəstək aksiyası baş tutmayıb. Tədbiri təxribat adlandıran yerli hakimiyyət orqanları aksiyanın keçirilməsinə razılıq verməyib.

Ovqat.com
-un məlumatına görə, Tiraspolun mərkəzi meydanında Rusiya bayraqları və “Müqəddəs Georgi” lentləri ilə keçirilən mitinqə cəmi 100-ə yaxın insan toplanıb. Onlar  «Rusiya, biz səninlə fəxr edirik!»,  «Pridnestrovie və Rusiya birləşsin!»,  «Dnestryanı xalq Putinlə birlikdədir!” və s. kimi şüarlar səsləndiriblər.



Separatçı hakimiyyətin mitinqə icazə verməməsi və onu təxribat adlandırması Moskva üçün sürpriz olub. Kremlə yaxın ekspertlər Tiraspolun bu mövqeyini separatçı «hakimiyyət» nümayəndələrinin Ukrayna ilə biznes maraqları olan yerli maliyyə holdinqinin «təxribatı», habelə Moldova hakimiyyət orqanları tərəfindən ələ alınması ilə izah ediblər. 

Xatırladaq ki, Rusiya Federasiyası Dnestryanı hakimiyyəti açıq şəkildə dəstəkləyir,  bölgədə yaşayanlara pensiya ödəyir, müftə təbii qaz verir, humanitar layihələr həyata keçirir «Dnesryanı» hökumət isə Putinin üzünə ağ olur.



«Dnestryanı Respublikasının prezidenti» Vadim Krasnoselski aksiya təşəbbüsü ilə bağlı açıqlamasında bildirib:

«« Dnestryanı Respublikası» heç vaxt qonşularına qarşı aqressiv xarakterli hərəkətlər planlaşdırmayıb və planlaşdırmır. Ukraynada baş verən hadisələri həyəcanla izləyirəm və təəssüflənirəm... Biz çətin həyat vəziyyətində olan Ukrayna xalqına kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Təxribatçılara və yaramazlara inanmayın, vəziyyətə ayıq gözlə baxın, mümkünsə ehtiyacı olanlara dəstək olun. Mən bir daha hamını sakitliyə, rəsmi mənbələrdən verilən məlumatlara diqqət yetirməyə və lazımi reaksiya verməyə çağırıram».



Qeyd edək ki, bir neçə əvvəl Moldova hakimiyyəti Aİ-yə üzvlük üçün baş vuranda «Dnestryanı Respublikası» buna qarşı çıxmış və «müstəqilliyini» elan etmişdi. Qısa müddətdən sonra Tiraspolun «U» dönüşü onu göstərir ki, Putin Rusiyasının qonşularına qarşı aqressiv siyasəti ən qatı rus millətçiləri tərəfindən də qəbul olunmur.




Ana səhifəyə qayıt        Baxış: 7 195          Tarix: 7-03-2022, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma