Xəbər lenti

 
 
İran İnqilab Keşikçiləri Korpusunun İraqın Ərbil şəhərinə raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürməsindən sonra İraqın məşhur siyasi lideri Müqtəda əs-Sədr bəyanat verib.
 
Ovqat.com-un məlumatına görə, bəyanatda bildirilir:
 
"İraq torpaqları siyasi, hərbi və təhlükəsizlik məqsədləri üçün münaqişə üçün istifadə edilməməlidir. İraqın içindən qonşu ölkələrə edilən hücumları pislədiyimiz kimi, İraqın xaricindən də torpaqlarımıza edilən hücumları qınayırıq".
 
İraq rəsmilərini İranı BMT-yə şikayət etməyə çağıran Sədr  vurğulayıb ki, İranın İraqdakı səfirinə təcili nota verilməli və ondan bu cür hücumların bir daha təkrar olunmayacağına dair zəmanət alınmalıdır.
 
Şiə lider həmçinin İsrailin İraqda olması ilə bağlı iddiaların araşdırılmasını tələb edib və vurğulayıb ki, bu, ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün bəhanəyə çevrilməməlidir.
 
Müqtəda əs-Sədrlə Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzaninin telefonla danışaraq İsrailin şimalda varlığı ilə bağlı iddiaların araşdırılması üçün komissiya yaradılması barədə razılığa gəldiklərini də bildirilib.
 
Qeyd edək ki, bu gecə İraqın Ərbil şəhərindəki hərbi bazalara İrandan 12 ballistik raket atılmış və SEPAH bu hücumun məsuliyyətini öz üzərinə götürmüş və hədəfə alınan nöqtənin İsrail kəşfiyyatı tərəfindən istifadə olunduğunu qeyd etmişdi.
 
İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Terrorla Mübarizə İdarəsi isə rəsmi Facebook hesabında hücumun "şərqdən eddildiyini" və ABŞ-ın Ərbil konsulluğunun yerləşdiyi bir məhəlləni hədəf aldığı bildirilmişdi.


Ana səhifəyə qayıt        Baxış: 5 876          Tarix: 13-03-2022, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma