Xəbər lenti

 
Ukraynalılar sapandla quş qurarcasına “Stingers”lərlə rus təyyarəsi ovlamağa başlayıblar.
 
Ukrayna Müdafiə Nazirliyinin hərbi vəziyyətlə bağlı yaydığı məlumatlarda ən çox diqqəti cəlb edən məqam rus təyyarələrinin vurulma miqdarıdır. Bu zamanadək NATO və ABŞ-da Ukraynanın hava sahəsini uçuşlara bağlamağı tələb edən rəsmi Kiyevin arzuladığı cavabı almayınca məsələni öz gücüylə çözməyə qərar verdiyi hiss olunur.
 
Ovqat.com-un Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, son sutka ərzində Rusiyanın 8 hərbi təyyarəsi vurulub.
 
Müqayisəli analizlərdən belə aydın olur ki, Ukraynanın Stinkers silahlarından istifadə məharəti nəticəsində Rusiya tərəfi müharibənin ilk günlərində daha çox üstünlük verdiyi helikopter uçuşlarını tamamilə dayandırmaq məcburiyyətində qalıb. Nəticədə ötən gün ərzində zərərsizləşdirilmiş helikopter sayı dəyişilməz olaraq qalıb – 131. Təyyarələrdə isə rəqəmlər hər gün keçən gün dəyişilir. Ötən günədək 135 təyyarə vuran Ukraynalılar bu gün həmin sayı 143-ə çatdırıblar. Vurulmuş tanklarda isə bu rəqəm ötən günlə müqayisədə 11 ədəd artıb:
 
31 mart – 614 tank,
 
1 aprel – 635 tank.
 
İnsan itkisində də Rusiya xeyli “önə çıxa bilib”. Ötən günlə müqayisədə bu gün Rusiya 200-ə qədər canlı tələfatla üzləşib. 
 
31 mart – 17 500;
 
1 aprel – 17 700 nəfər.

 
 




Ana səhifəyə qayıt        Baxış: 6 057          Tarix: 1-04-2022, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma