Xəbər lenti
 

ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə təhlükəsizlik yardımı üçün 300 milyon dollar ayırdığını açıqlayıb. Yeni hərbi yardım paketinə lazerlə idarə olunan raket sistemləri, dronlar və kommersiya xarakterli peyk xidmətləri də daxildir.
 
Ovqat.com məlumatına görə, bu barədə açıqlamanı Pentaqonun sözçüsü Con Kirbi verib.
 
O bildirib ki, “bu yardım Ukrayna silahlı qüvvələrinə yeni imkanlar qazandırmaq üçün təhlükəsizlik müqaviləsi prosesinin başlanğıcıdır” deyib.


 
Qeyd edək ki, Con Kirbinin açıqlamasında ən çox diqqət çəkən məqam Ukraynaya lazer silahlarının verilməsi ilə bağlıdır. Bildiyimiz kimi, bir müddət əvvəl Rusiya ordusu Ukraynada özünün hipersonik (səsdəniti) Kinjal raketlərini işə salmış və lazım gələrsə, düşmənini bu cür vasitələrlə məğlub etməyə hazır olduğunu göstərmişdi. Hipersonik raketlər sürətləri, həmçinin alçaq uçuşları səbəbindən mövcud HHM tərəfindən aşkarlana və vurula bilmir. Bu tip raketləri yalnız işıq sürətinə sahib lazer və bənzər şüalarla zərərsizləşdirmək olar. Lazer silahları həmçinin yüksək hündürlükdə uçan təyyarələri də rahatlıqla sıradan çıxarır. 
 
ABŞ-ın Ukraynaya göndərəcəyi lazer silahları Zelenskinin NATO və ABŞ-dan israrla tələb etdiyi hava sahəsini uçuşlara bağlamaq gözləntisinə tam cavab verir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 790          Tarix: 2-04-2022, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma