Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Pentaqon müdafiə texnologiyası şirkətləri olan “Raytheon”, “Lockheed Martin” və “Northrop Grumman”ın ölkənin hipersəs hücumlarından daha yaxşı müdafiə olunmasına kömək etmək üçün səsdəniti raketlər hazırlayacağını açıqlayıb.
Ovqat.com-un məlimatına görə, ABŞ-ın istehsal etməyi planlaşdırdığı hipersonik raketlərin səsdən (5 mach) 5 qat daha sürətli olacağı bildirilir.
Hipersonik raketlər ballistik raketlərdən daha geniş manevr qabiliyyətinə malikdir və daha aşağı hündürlükdə hərəkət edə bilir, bu da onları aşkarlamağı çətinləşdirir. Məhz bu keyfiyyətinə görə səsdəniti raketlər müasir çağımızın ən qorxunc silahları sayılırlar.
Pentaqonun bildirdiyinə görə, bu raketlərin hazırlanması üçün ümumi dəyəri 60 milyon dollardan çox olan üç müqavilə imzalanıb. ABŞ yeni səsdəniti raket texnologiyasını oktyabr ayında uğurla sınaqdan keçirib.
Qeyd edək ki, səsdəniti raketlər Çin və Rusiya tərəfindən də istehsal olunur. Pentaqon bu yaxınlarda Çinin nüvə yüklü hipersonik raket sınaqdan çıxardığı bildirmiş, Pekin isə nəinki məlumatı yalanlamamış, əksinə bu arsenalı gözlənildiyindən daha sürətli inkişaf etdirdiyini açıqlamışdı.
Rusiya isə bu ilin yay aylarında öz səsdəniti raketlərini sınaqdan çıxarmışdı. Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, sınaqdan uğurla çıxarılan "Zirkon" raketləri səsdən 9 dəfə iti sürətlidir.
]
Görünən budur ki, dünyanın silah anlayışı dəyişilir və bir müddətdən sonra səsdəniti raketlər indiyədək mövcud olan bütün raketləri əhəmiyyətsiz hərbi oyuncağa çevirəcək. Hipersonik raketlərə qarşı etibarli müdafiə sistemləri də hələ ki yoxdur və bunun kəşf olunmasının xeyli zaman alacağı gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar