Xəbər lenti

 
Türk F-16-ları NATO-nu Egeydə dənizinin Karpathos adasında keçirilən INIOHOS adlı çoxmillətli hərbi təlimləri təxirə salmağa məcbur edib.
 
Ovqat.com xəbər verir ki, məlumatı yunan mətbuatı yayıb. 
 
Məlumata görə, hadisə martın 29-də axşam saatlarında baş verib. NATO Daimi Dəniz Qüvvələrinin (SNMG2) iştirak etdiyi və hava hücumundan müdafiə məşqlərinin həyata keçirildiyi hərbi manevrlər zamanı qəfildən səmada iki türk F-16 təyyarəsi peyda olub. Türkiyənin bu müdaxiləsi nəticəsində NATO təlimlərinin ispan komandiri tədbiri dayandırmaq məcburiyyətində qalıb.

 

Enikos.gr xəbər saytının məlumatına görə, Yunanıstan Brüsseldəki bütün yüksək rütbəli NATO rəsmilərini Türkiyənin “qəbuledilməz davranışı” barədə məlumatlandırıb.
 
INIOHOS - 2022 manevrlərinin martın 28-dən aprelin 7-dək davam etməsi gözlənilirdi. Təlimlərə ilk dəfə olaraq Egey dənizində iki aviadaşıyıcı - Amerikanın "Harri S. Truman" və Fransanın "Şarl de Qoll" gəmiləri də qatılıbmış. Manevrlərin dəniz və hava qüvvələri komponentlərində yeddi ölkə (ABŞ, Fransa, İtaliya, Kipr, Sloveniya, Yunanıstan və İsrail) iştirakçısı, daha doqquz ölkə isə müşahidəçi qismində yer alıbmış.
 
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egey dənizində mübahisəli adalar var. Görünür, Karpathos da mübahisəli adalardandır.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 676          Tarix: 5-04-2022, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma