Xəbər lenti

 
“Finlandiya may ayında NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır”.
 
Ovqat.com-un məlumatına görə, bunu ölkənin Baş naziri Sanna Marin mətbuata açıqlamasında bildirib.
 
İyun ayında isə NATO-nun Madrid sammiti keçiriləcək. İsveç ilə yanaşı, Finlandiyanın da bu sammitdə NATO-ya qəbul olunması gözlənilir.
 
5.5 milyon əhalisi olan Finlandiyanın Rusiya ilə 1300 km sərhədi var. Bu zamanadək rəsmi Helsinki Rusiyanı qıcıqlandırmamaq üçün NATO-ya girməyi ağlının ucundan keçirmirdi. Rusiyanın Ukraynaya hücumundan sonra onun təhlükəsizlik qayğıları artdı. Rus ordusunun Ukraynada qarşılaşdığı həzimət isə Helsinkini alyansa üzvlüyə cəsarətləndirmiş görünür. Ukrayna savaşı başlayandan sonra keçirilən rəy sorğularında NATO-ya üzv olmaq istəyən finlandiyalıların nisbəti iki dəfə artaraq, 30%-dan 60%-a yüksəlib. Bu da NATO tərəfdarı olan Sanna Marin hökumətinin əlini gücləndirir.


 
 Ölkənin NATO-ya üzv olması ABŞ ordusunun Rusiyanın ilk və mənəvi paytaxtı Sankt-Peterburqdan 170 km, Moskvadan isə 890 km aralıda yerləşməsi deməkdir. Yeri gəlmişkən, Estoniyanın Narva şəhəri Sankt-Peterburqa daha yaxındır – hardasa 130 km. Finlandiyanın da NATO-ya üzvlüyündən də sonra rus imperializminin təməllərinin atıldığı Sankt-Peterburq həm qərbdən, həm də şərqdən düşmən təzyiqi altında qalacaq.
 
Ən əsası isə, bu üzvlükdən sonra Rusiyanın Baltik dənizinə çıxışı da sözügedən iki NATO ölkəsi tərəfindən tam əhatə olunacaq. Finlandiya və Estoniyaya ABŞ əsgərlərinin yerləşdirilməsi ilə bu çıxışa nəzarət Moskvanın əlindən çıxa bilər ki, bu da Rusiyanın ən önəmli Avropa qapısını itirməsi anlamına gəlir.


Ana səhifəyə qayıt        Baxış: 6 246          Tarix: 11-04-2022, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma