Xəbər lenti
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
Dünən, 09:27
22-12-2024, 23:31
22-12-2024, 22:51
22-12-2024, 20:17
22-12-2024, 19:12
22-12-2024, 18:32
22-12-2024, 17:22
22-12-2024, 16:18
22-12-2024, 15:27
22-12-2024, 14:51
22-12-2024, 14:00
“Rusiya heç vaxt ATƏT-in Minsk qrupundan əl çəkməyib, həmişə bu formatda fəal olub, lakin bizim Qərb tərəfdaşlarımız öz ambisiyalarına və region ölkələrinin xüsusilə də Ermənistanın maraqlarına xələl gətirən geosiyasi maraqlarına görə Rusiya ilə əməkdaşlıq etmək istəmirlər”.
Ovqat.com xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin düşmən ölkənin 24news nəşrinə açıqlamasında belə deyib.
Səfir bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətini şübhə altına almır. “Biz həmişə bu formatı dəstəkləmişik, orada fəal işləmişik və heç vaxt deməmişik ki, ondan imtina edirik. Nazirimizin dediyi kimi, problem Rusiya ilə işləməkdən imtina edən Minsk qrupundakı fransız və amerikalı tərəfdaşlarımızdadır. Burada sualı Rusiyaya yönəltmək olmaz”.
Səfir xatırladıb ki, Qərb yalnız Minsk qrupuna yanaşmada deyil, bütün beynəlxalq məsələlərdə Rusiyanı təcrid siyasəti yürüdür və bu da bir çox ölkələrin təhlükəsizlik maraqlarını tapdalayır.
“Qeyd edim ki, nazirimiz onu da bildirib ki, Minsk Qrupunda birgə iş Qərbin Rusiyanın iştirakı ilə digər formatlara, o cümlədən böhranlı vəziyyətlərin həlli ilə bağlı məsələlərə yanaşması ilə eynidir. Yəni öz ambisiyalarına, geosiyasi maraqlarına görə dünyanın müxtəlif ölkələrində təhlükəsizliyin artırılmasına xidmət edən o mexanizmlər, beynəlxalq formatlar məhv edilir.
Sülh və təhlükəsizliyin, region ölkələrinin, xüsusən də Ermənistanın maraqlarının geosiyasi və digər maraqlara qurban verilməsi təəssüf doğurur”, - Rusiyanın səfiri belə deyib.
Göründüyü kimi, Sergey Kopırkin açıqlamasında rəsmən Rusiyanın ermənipərəst mövqe tutduğunu etiraf edir. Bu isə Moskvanın xüsusilə Qarabağda sülhyaratma missiyasını şübhə altında qoyur. Azərbaycan hakimiyyəti rus səfirinin bu fikirlərini əsas götürüb ölkəmizin ərazi bütövlüyünə daxil Qarabağdakı rus “sülhməramlı”larının dərhal çıxarılmasını BMT və digər beynəlxalq qurumlarda qaldırmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar