Xəbər lenti
Bu gün, 20:22
Bu gün, 17:30
Bu gün, 16:38
Bu gün, 15:46
Bu gün, 13:58
Bu gün, 11:17
Bu gün, 10:18
Dünən, 22:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:00
"Paşinyan komandası Ermənistanda hakimiyyət dəyişikliyinin Azərbaycanla yeni müharibəyə gətirib çıxaracağı tezisi ilə xalqı qorxutmağa çalışır".
Ovqat.com-un məlumatına görə, bunu dünən keçirdiyi mətbuat konfransında Ermənistan Milli Məclisinin vitse-spikeri, “Ermənistan” blokunun üzvü İşxan Saqatelyan bildirib.
“Deyirlər ki, biz olmasaq, müharibə baş verəcək. Xalqımızı Əliyevlə qorxutmaqda çalışırlar. Bu hakimiyyətə qalsa, biz həm “Artsax”ı, həm Ermənistanı, həm də Ermənistan dövlətçiliyini itirəcəyik. Bu vəziyyətdən çıxış yolu var”, - Saqatelyan mətbuat konfransında bildirib.
O, xatırladıb ki, bir çox dövlətlər məğlubiyyətlər yaşayıb, lakin məğlub olan güc heç vaxt yenidən hakimiyyətə gəlməyiblər, liderlər ya intihar edib, ya da xalq tərəfindən devriliblər.
“Ermənistanın milli hökuməti, iradəsi və qətiyyəti, effektiv idarəçiliyi, çıxış yolu olduğuna inamı olarsa, biz ölkəmizi qoruya və onun potensialını bərpa edə bilərik. Bunlar xarici siyasət sahəsində də çox vacib elementlərdir”, - Saqatelyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə daxilində başqa, xarici arenada isə tamamilə başqa ritorika ilə hər kəsə “fırıldaq” gəlməyə çalışır. Və tərəfdaş dövlətlər də məhz bu səbəbdən ona çox güvənmirlər.
Bəs, Saqatelyan indiki şəraitdə Ermənistanın bel bağlaya biləcəyi xarici tərəfdaşlar deyəndə kimləri nəzərdə tutur?
“Ermənistan 1 nömrəli strateji tərəfdaş olan İran, Gürcüstan, Qərblə yüksək səviyyədə münasibətlərə malik ola bilər”, - deyə Saqatelyan bu suala aydınlıq gətirib və keçmiş liderlərin buna nail olduqlarını bildirib.
Görünür, Ermənistanın yeni tərəfdaşlarının indiki şəraitdə İrəvana bir gün ağlayacağına heç özünün də inanmağı gəlməyən Saqatelyan müharibə ritorikasının düşər-düşməzi olduğunu və erməni xalqı tərəfindən bu ideyanın mənimsənilmədiyini düşünərək ehtiyatlığı da əldən buraxmayıb:
“(Paşinyandan sonra qurulcaq) yeni hökumət Türkiyə və Azərbaycana müharibə elan etməyəcək, onunla danışacaq, ölkənin maraqlarını qoruyacaq. Bunun üçün isə güclü Ermənistan lazımdır”.
Maraqlıdır ki, bu zamanadək Moskvanın himayədarlığına sığınan erməni müxaliflərinin təmsilçisi indi 1 nomrəli tərəfdaşları arasında Rusiyanı yox, İran və Gürcüstanı göstərir. Tezislərinin daha inandırıcı görünməsi üçün xeyli mücərrəd üslubla Qərbi də onların böyrünə yapışdırır. Amma hansı “ağıllı” Qərb ölkəsinin İranla tərəzinin eyni gözündə dayanacağını zikr etməyə isə ehtiyac görməyib.
Belə anlaşılır ki, ermənilər Qərb tərəfdaşlarının ““planka”nı bir az aşağı salın” məsləhətini “Rusiyandan əl çəkib İranın “şir quyruğu”ndan yapışın” kimi başa düşüb.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar