Xəbər lenti
Bu gün, 10:18
Dünən, 20:25
Dünən, 19:48
Dünən, 18:45
Dünən, 16:55
Dünən, 14:20
Dünən, 12:00
Dünən, 10:26
31-01-2025, 23:46
31-01-2025, 22:40
31-01-2025, 21:45
31-01-2025, 21:00
31-01-2025, 19:41
31-01-2025, 18:46
31-01-2025, 16:52
Diktator Vladimir Putinin gözlənilmədən öləcəyi bəlli deyil. Buna görə də ruslar əcəlin mərhəmətinə yox, Ukrayna ordusunun qələbəsinə ümid etməlidir.
Ovqat.com-un məlumatına görə, bunu Rusiya Dövlət Dumasının 5-ci və 6-cı çağırışlarının deputatı, “Ədalətli Rusiya” fraksiyasının sabiq üzvü, İlya Ponomarev “Radio NV” kanalına müsahibəsində deyib.
"Ciddi desəm, Putinin həqiqətən xərçəng olduğunu göstərən çoxlu müxtəlif əlamətlər var, lakin bu hələ heç nə demək deyil. Biz başa düşürük ki, insan uzun müddət xəstələnə bilər. Amma bu, ölümcül xəstəlik olmaya bilər. Mən istəməzdim ki, o, bir il ərzində ölsün, məhv olsun və ya yoxa çıxsın. Biz onun tezliklə yox olacağına yox, Ukrayna ordusunun qələbəsinə arxalanmalıyıq”, - deyə Ponomarev bildirib.
Onun sözlərinə görə, Kremldə Putinin xəstəliyi ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşır.
"On il əvvəl də bənzər söz-söhbətlərin yayıldığını xatırlayıram. Təbii ki, onun müxtəlif xəstəlikləri var. Maraqlanmaq lazımdır ki, bu və ya digər xəstəlik ona necə təsir edir, o, iş qabiliyyətini itirirmi? Amma görürük ki, bu, hələ baş vermir. Təəssüf ki, o, Rusiya Federasiyasının prezidenti olaraq qalır”, - deyə sabiq deputat fikrini yekunlaşdırıb.
Qeyd edək ki, iddialara görə, Putinin qalxanabənzər vəzində və ya qarın boşluğunda xərçəng şişi var. Son zamanlar bu şayiələr getdikcə daha çox artır. Hətta dövri mətbuatda Putinin siyasi varisinin belə adı hallanır. Bildirdiyinə görə, bu varis Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər