Xəbər lenti
Bu gün, 19:39
Bu gün, 19:00
Bu gün, 16:21
Bu gün, 14:00
Bu gün, 10:11
Bu gün, 09:04
Dünən, 17:30
Dünən, 16:38
Dünən, 15:46
Rus qoşunları Severodonetsk uğrunda gedən döyüşlərdə öz hücum potensiallarını tamamilə boşa çıxara bilər.
Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.
Hazırda rus qoşunlarının Severodonetsk və Lisiçanskı ələ keçirmək niyyətində olduğu vurğulanan hesabatda bildirilir ki, Rusiya komandanlığı bununla bütün Luqansk vilayətinin “azad edilməsi” barədə öz vətəndaşlarına hesabat vermək istəyir. İddialara inansaq, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ordu qarşısında 1 ay ərzində Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmaq öhdəliyi qoyaraq, ilk əvvəl Luqansk vilayətini ələ keçirməyi tapşırıb.
“Kremlin planlarına əsasən, ilkin olaraq bütün Luqansk vilayəti ələ keçirilməlidir. Donetskdəki vəziyyət daha çətin olduğundan onun tutulması üçün iyulun 1-nə qədər vaxt verilib”, - məlumatda deyilir.
ISW analitikləri isə Rusiyanın bütün Donetsk bölgəsini işğal etmək üçün kifayət qədər hücum resurslarına malik olmadığına inanırlar. “Rus qoşunları Severodonetsk ətrafında verdikləri növbəti itkilərdən sonra Donetsk vilayətində böyük bir ərazini ələ keçirmək üçün tələb olunan gücü, çətin ki, toplaya bilsinlər”, - deyən analitiklər bunu Dobassdakı relyefin mürəkkəbliyi ilə əlaqələndiriblər.
Onların fikrincə, Rusiya qüvvələri Donbassın çətin relyefi ilə üzləşiblər: “Severodonetsk-Lısiçanskın mühasirəsini tamamlamaq və Limanın daha qərbinə, Rayqorodok vasitəsilə Slavyanska doğru hərəkət etmək üçün Severski Donets çayını keçməkdə problemlərlə qarşılaşmağa davam edəcəklər”.
Bildirildiyinə görə, ruslar Luqansk vilayətini ələ keçirmək üçün bütün səylərini cəmləşdirib Severodonetskə doğru irəliləməyə çalışırlar, lakin ukraynalı müdafiəçilər öz mövqelərini əzmlə qoruyurlar.
Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın dünən mətbuata verdiyi açıqlamalar da bu iddiaları təsdiqləyir. O deyib ki, Ukrayna Silahlı Qüvvələri Severodonetsk şəhərində müəyyən uğurlu hərbi əməliyyatlar aparmağa müvəffəq ola biliblər.
Rus rəsmiləri bir müddət əvvəl Severodonetsk şəhərini ələ keçirdiklərini açıqlamışdılar. Ukrayna tərəfi isə şəhərin yalnız 90%-nin işğal olunduğunu bildirmişdi. Kiyevin fikrincə, şəhərin 10%-i Ukrayna ordusunun nəzarətindədir və həmin hissə Severodonetskın taleyini müəyyənləşdirəcək strateji əhəmiyyətə malikdir. Ukraynalı hərbi ekspertlər bunu onunla əsaslandırırlar ki, rusların işğal etdikləri Severodonetsk şəhəri Şimali Donets çayının şərq sahilində yerləşir. Bir də ona bitişik olan Pavloqrad və Lisiçansk şəhərləri var. Severodonetskın tam nəzarət altına alınması üçün bu iki şəhər də, xüsusilə Lisiçansk ələ keçirilməsidir. Lisiçanskın işğalı isə gözlənildiyi qədər asan deyil. Rus qoşunları bunun üçün ilk öncə Şimali Donets çayını keçməli və Lisiçanskın təpələrindəki Ukrayna mövqelərinə yiyələnməlidirlər. Əks halda hərbi-strateji baxımından daha üstün mövqelərdə dayanan Ukrayna ordusu Severodonetskdəki rus mövqelərini rahatlıqla atəşə tutar və onlara ağır itkilər verdirər. Görünür, elə bu səbəbdən də ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Severodonetsk uğrunda gedən döyüşlərdə rus qoşunlarının öz hücum potensialını itirə biləcəyindən bəhs edirlər.
Bəzi mülahizələrə görə, Rusiya ordusu yeni hərbi-taktiki planı uyğun olaraq Severodonetskdə qəsdən dalana dirənib. Məqsəd cənub cəbhəsində əks-hücuma başlayan Ukrayna ordusunun diqqətini başqa istiqamətlərə çəkmək, strateji əhəmiyyət daşıyan və Krımın qapısı sayılan Xersonu qorumaqdır. Ukrayna da məhz bu səbəbdən Rusiyanın oyununa gəlmək istəmir, qüvvələrini Severodonetskə yönəltməkdənsə, daha az əsgər və hərbi texnika ilə Lisiçanskı müdafiə etməyə üstünlük verir. Beləcə, təbii istehkamlarla əhatə olunmuş Lisiçansk vasitəsilə Luqanskdə rus irəliləyişini dayandırır. Ukrayna əsgərlərinin daha çox önəm verdikləri Xerson və Nikolayev vilayətləri istiqamətində hücumları isə cənub cəbhəsində Rusiya qoşunları üçün həyati əhəmiyyət daşıyan quru təchizat xəttini təhlükə altına salır.
Ruslar Ukrayna qüvvələrini əsl hədəfdən yayındırmaq üçün digər sərhəd rayonlarını atəşə tutur, Qara dənizdə reaktiv yaylım atəşi sistemləri ilə təchiz olunmuş gəmilərin gücündən istifadə edirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar