Xəbər lenti
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Dünən, 09:04
24-12-2024, 23:15
24-12-2024, 21:25
24-12-2024, 20:22
24-12-2024, 19:46
24-12-2024, 18:18
İraqda keçirilən parlament seçkilərində qalib gələn Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr hökumətin qurulmasında yaranan fikir ayrılıqlarına görə Milli Məclisdə müxalifətin tərəfini tutacaqlarını bildirib və müavinlərindən istefa ərizəsi hazırlamalarını istəyib.
Ovqat.com-un məlumatına görə, Sədr bu fikirlərini yerli televiziya kanallarından birində səsləndirib.
O, çıxışında İrana yaxın şiə siyasi təşkilatların toplaşdığı Koordinasiya Çərçivəsi ilə heç vaxt ortaq hökumət qurmayacağını açıqlayıb.
"Sədr Qrupu olaraq Məclisdə müxalifət kimi iştirak edəcəyik. Qoy millət vəkilləri parlamentdən istefa verdiklərini bildirən ərizələrini yazıb hazırlasınlar", - Sədr belə deyib.
Sədr vurğulayıb ki, rəhbərlik etdiyi qrup ölkədə ciddi islahatlar aparmaq istəyir, bunu isə milli çoxluq hökuməti bacara bilər.
Maraqlıdır ki, Müqtəda əs-Sədr hökuməti qurmaq üçün Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) və parlamentdəki sünni çətir altında təşkilatlanan Suverenlik Koalisiyası ilə üçtərəfli ittifaq qurmuşdu. Bununla belə, o, İrana bağlı qüvvələrlə bir araya gəlməkdən çəkinir və bunu İraqın milli maraqlarına zidd addım olaraq qiymətləndirir.
2021-ci ilin oktyabrında İraqda keçirilən ümumi seçkilərdə Sədr qrupu 329 yerlik parlamentdə ilk partiya oldu. Lakin İrana yaxın deputat qrupu ilə Sədr arasında hökumətin qurulması məsələsində fikir ayrılıqları var. İraqda şiə-şiə qarşıdurması siyasi böhrana yol açır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar