Xəbər lenti
Bu gün, 16:27
Bu gün, 16:00
Bu gün, 13:44
Bu gün, 11:43
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
İraq şiələrinin lideri Müqtədə əs-Sədr əvvəlki mövqeyindən geri çəkilərək və İraq Baş nazirinin seçilməsi üçün 40 günlük möhlət təyin edərək bu məsələni İranın dəstəklədiyi şiə qruplaşmalarına həvalə edib.
Ovqat.com-un məlumatına görə, əs-Sədrin bu qərarı İraqda keçirilən seçkilərdən 5 ay sonra verilib.
Ölkədəki hakim partiyalarla rəqib siyasi qruplar arasında danışıqların dalana dirənməsi və İrana bağlı qrupların təxribatı səbəbindən yeni hökumətlə bağlı razılığa gələ bilməməsi əs-Sədri bu addımı atmağa vadar edib.
Xatırladaq ki, iki gün öncə İraqın yeni Baş nazirinin seçilməsi ölkə parlamentində yetərli sayda millət vəkilinin olmaması səbəbindən üçüncü dəfə təxirə salınıb. Müqtəda əs-Sədr Kürdüstan Demokratik Partiyası və bir qrup İraq sünnisi parlamentdə 170 yerə nəzarət edir. İran təmayüllü şiə və sünni qruplarının isə parlamentdə 130 üzvü var.
Əksər müşahidəçilər İranyönümlü siyasi qrupların da yeni hökuməti qurmaq perspektivinə şübhə ilə yanaşırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər