Xəbər lenti

 

Xatırlayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR DİN-in sabiq polis zabitlərindən birinin redaksiyamıza ünvanladığı məktubunu dərc etmişdik. Müəllif məktubunda bizi Azərbaycan Polis Akademiyasının məzunlarını çox idalizə etməkdə günahlandırmış və həmin polislər arasında qanunvericiliyə deyil, canü-dildən “xan” həzrətlərinə işləyənlərin də olduğunu bildirmişdi. Bundan əlavə, həmin polislərin bəziləri barədə müfəssəl bilgi verən qaynağımız dünən redaksiyamıza haqqında söhbət açdığı asayiş keşikçilərinin şəkillərini də göndərib. 

 

İctimai maraq doğurduğunu nəzərə alıb sözügedən şəkilləri Ovqat.com oxucularının diqqətinə çatdırırıq.

 

1. Nurlan Əliyev. Polis Akademiyasını bitirib. Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin Sabiq rəisi Asim Hüseynovun yaxın kadrı idi. Akademiyanı bitirdikdən sonra Babək Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Babək RPİ-də xidmət etdiyi dövrdə öz rəislərinin qanuni və qanunsuz göstərişlərini qeyd-şərtsiz icra edib. Naxçıvansayağı xidmətləri nəzərə alınıb “xan” həzrətlərinə özü kimi polis yetişdirmək üçün Nurlan Əliyev bu il Naxçıvan Polis Məktəbinə müəllim təyin olunub. 

 

3. Əli Qasımlı. Polis Akademiyasını bitirərək Naxçıvan DİN-ə təyinat alıb. Naxçıvan DİN-də ixtisas təcrübəsində olarkən, sosial şəbəkələrdə Naxçıvan rəhbərliyini təhqir edən bir şəxsi aşkar etdiyi üçün xüsusi rəğbət qazanıb. Məhz buna görə də dərhal İnsan Alverinə Qarşı Mübarizə Bölməsinə mühüm vəzifəyə gətirilib. Cinayət Axtarışı İdarəsinin rəisi Qasım Həsənov ilə əlbir olub zaman-zaman saytımıza qarşı təşkil edilmiş söyüş kampaniyasının başında durub. Məktubda onun bu “müqəddəs” fəaliyyəti barədə bildirilirdi: “Əli Qasımlının təşkilatçılığı ilə bəzi polis əməkdaşları sizin yazılarınızın altından təhqirlər yazırdı. “SEDMOY”-da xidmət etdiyi dövrdə də, sosial şəbəkələrdə Naxçıvan muxalifətçilərinin və həmçinin etiraza meyilli şəxslərin neytrallaşdırılmasını həyata keçirib”. Onun ən yadda qalan “xidməti” isə 44-günlük vətən müharibəsinin son günündə Sədərək rayonu istiqamətində Rusiyaya məxsus hərbi vertalyot vurulduqdan sonra sosial şəbəkələrdə Vasif Talıbovun adına yaradılmış saxta profildə paylaşılan bir statusun əsl müəllifini aşkarlamaq olub. Qeyd olunur ki, həmin paylaşımda "Biz vurmamışıq, helikopter donqili idi, özü düşüb" yazılıbmış. Həmin statusun əsl müəllifi olan Naxçıvan şəhər sakinini aşkar edilərək, həbs olunub. Həbsin əsas səbəbkarı Əli Qasımlıdır. 

 

4. Zeynal Babayev. Polis akademiyasını bitirdikdən sonra Naxçıvanda müxtəlif əməliyyat qurumlarında çalışıb. Naxçıvan rəhbərliyinə sədəqatli kadrlardandır. Həmçinin Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yaxın qohumudur. Məhz bu sadəqətinə görə o, 2021-ci ildə növbədənkənar kapitan rütbəsinə layiq görülüb. İddialara görə, Naxçıvan Ali Məclisinə gedən şikayətçilərin zərərsizləşdirilməsində xüsusi xidmətlər göstərdiyi üçün bir müddət əvvəl Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi müavini vəzifəsinə təyin edilib.

 

İnformasiya mənbəmiz yaxın günlərdə Ovqat.com-a maraqlı müsahibə verəcəyini də bildirib. Gözləyirik.

 




Ana səhifəyə qayıt        Baxış: 5 400          Tarix: 26-07-2022, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma