Xəbər lenti

 

Ər-Riyadda fəaliyyət göstərən "Rəsa" adlı İran üzrə beynəlxalq tədqiqat mərkəzi təhlil yazısında İranda yaşayan  azərbaycanlıların vəziyyətini araşdırıb və müxtəlif amillərə, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyə, həmçinin regionda və dünyada baş verən proseslərin bu məsələyə nəticələrini nəzərdən keçirib.

 

Ovqat.com xəbər verir ki, məlumatı “Əl-Ərəbiya” nəşrinin farsca redaksiyası yayıb.

 

Məlumata görə, sözügedən araşdırma institutunun tədqiqatçısı Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb və onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdıraraq bu qənaətə gəlib ki, son on illiklərdə eniş-yoxuşlu əlaqələr İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələnib.

 

Yazının davamında müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub.

 

Tehran-Bakı əlaqələrinde İran türklərinin yeri

 

Araşdırmaya görə, rəsmi Tehran narahatdır ki, İran türkləri guya Türkiyə və İsrailin, habelə digər xarici amillərin yardımı ilə silahlı üsyana əl ata bilərlər.

 

Yazıda qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri türkçülük məfkurəsi qarşısında “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün sarsılmasından vahiməyə düşüb”.

 

 

Buna baxmayaraq, araşdırmanın müəllifi hesab edir ki, həm İran, həm də Ankara və Bakı birgə böyük “xəyal qurmağa” o qədər də həvəsli deyillər. Bu səbəbdən İran Azərbaycanla ikili münasibətdə inam yaratmağa və “Bakını razı salmaq strategiyasını” başa çatdırmaq üçün bu ölkə ilə ticarət əlaqələrini genişləndirməyə çalışır.

 

Müəllifin fikrincə, hər iki tərəfin müəyyən cəhdlərinə baxmayaraq, inamsızlıq mühiti hələ də Tehranla Bakının münasibətlərinə kölgə salır. Azərbaycan-İsrail münasibətləri, Azərbaycan-Türkiyə-İsrail üçlü müttəfiqliyi bu inamsızlığın yaranmasında ən mühüm amillərdəndir.

 

Navid Əhmədin fikrincə, Azərbaycanın Ermənistan üzərində qələbəsi İran türkləri arasında etnik əhval-ruhiyyənin çiçəklənməsinə səbəb olsa da, “rəhbərliyin olmaması və hərəkatların xaricdən dəstəklənməməsi” səbəbindən bu hisslər bir qədər sonra səngiyib.






Ana səhifəyə qayıt        Baxış: 7 317          Tarix: 2-08-2022, 06:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma