Xəbər lenti


İrandan Polşa, Bolqarıstan, Rumıniya və Slovakiya da daxil olmaqla Şərq Bloku ölkələrinə yaxşı ixrac imkanları var.

 

Ovqat.com xəbər verir ki, İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi SəfəriPars Today”a açıqlamasında belə deyib: 

 

Mehdi Səfəri iddia edib ki, Şərq Bloku ölkələrinin bir çoxu da İranla ticarət əlaqələri qurmaq üçün təşəbbüs göstərirlər.

 

Maraqlıdır ki, İran ABŞ və Avropa ölkələrinin ağır sanksiyalarına məruz qalıb. Elədirsə, onun Şərqi Avropa ölkələri ilə xarici ticarət əlaqəsi qurmaq xülyası “Məlik Məmməd” nağılına oxşamırmı? İran diplomatının fikrincə, qətiyyən. İslam Respublikasına qarşı sanksiyaların bu gün tətbiq olmadığını xatırladan Mehdi Səfəri bildirib: “Bu sanksiyalar əvvəldən İrana qarşı tətbiq edilib. Biz malların ixracında konkret hansısa ölkəyə diqqət yetirməməliyik, Rusiyaya ixrac kimi digər mövcud imkanları da izləməliyik”.

 

Diplomat əlavə edib ki, texnologiya, o cümlədən enerji sənayesi sahəsində İran hazırda Türkmənistanda bütün avadanlıqları İran istehsalı olan elektrik stansiyası tikir və onun “Ermənistan, Azərbaycan və Pakistan kimi ölkələrdə də analoji infrastruktur yaratmaq imkanları var”.

 

 

Mehdi Səfəri Rusiya və MDB ölkələrinin də İran üçün rentabelli ixrac bazarı ola biləcəyini və Tehranın bu istiqamətdə lazımi addımlar atmaq hazırlaşdığını vurğulayaraq deyib: “Bu qarşılıqlı əlaqə hazırda Əfqanıstan və İraq kimi qonşu ölkələrlə əldə etdiyimiz yaxşı ixrac rekordunu yeniləyəcək”.

 

İranın dərman istehsal imkanlarını yüksək qiymətləndirən Səfəri əlavə edib: "Hazırda biz Hindistandan əczaçılıq və qida sənayesi üçün 150 milyon dollardan çox kredit almışıq və bu məbləğ 500 milyon dollara qədər artırıla bilər".

 

İran diplomatının bu “Məlik Məmməd” arzularının hardan qaynaqlandığı bəlli deyil. Amma bu günə qədər ermənipərəst mövqe tutan və öz tutumunu günü-gündən gücləndirən İranın Azərbaycanla bağlı planlarının baş tutacağı real görünmür. Şərqi Avropa ölkələrinin də İrana qarşı qoyulan embarqoları yarmağa cəsarət göstərəcəyi də inandırıcı deyil.

 




Ana səhifəyə qayıt        Baxış: 6 943          Tarix: 12-08-2022, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma