Xəbər lenti

Vaşinqtonda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul ilə görüşüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan dövlət sərhədindəki durumu müzakirə ediblər. Onlar, həmçinin Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 475          Tarix: 9-09-2022, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma