Xəbər lenti


Qırğızıstan Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində ölən qırğızıstanlıların sayı artıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat verib.

Sərhəddəki insident nəticəsində ölənlərin sayı 59-a çatıb.

144 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində silahlı toqquşmalar yenidən başlayıb.

Sentyabrın 19-u Qırğızıstanda milli matəm günü elan edilib.








Ana səhifəyə qayıt        Baxış: 2 337          Tarix: 19-09-2022, 06:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma