Xəbər lenti

Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında həyata keçirilən əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında jurnalistlərə bildirib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik iş nəticəsində dünən iki ölkə arasında 200 hərbi əsirin dəyişdirildiyini müsbət qiymətləndirib.

Türkiyənin dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib.

Ərdoğan Vladimir Putin və Volodimir Zelenskiyə məhbus mübadiləsini həyata keçirdiklərinə görə təşəkkür edib.




Ana səhifəyə qayıt        Baxış: 3 103          Tarix: 22-09-2022, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma