Xəbər lenti

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.

"Report” xarici mediaya istinadən xəbər verir ki, onun kimliyi hələ ki, açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, - hökumət başçısı tviterdə yazıb.

Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 269          Tarix: 3-11-2022, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma