Xəbər lenti

Xəbər verildiyi kimi, Ermənistan müxalifəti uzun aradan sonra parlamentdəki fəaliyyətinə geri qayıdıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, iqtidar cəbhəsində bu, müxalifətin növbəti uğursuzluğu olaraq dəyərləndirilir.

Məsələn, hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Ovik Ağazaryana görə, müxalifət geniş ictimaiyyətin dəstəyini almadığını anladığı üçün parlamentə qayıdıb.

Bununla bərabər, Ağazaryan rəqiblərinin Milli Assambleyaya qayıtmasını alqışladığını söyləyib.

“Müxalifət baş nazirin istefasını tələb etdi və bu tələb cəmiyyətdə dəstək tapmadı. Mən bunu etimad referendumu hesab edə bilərəm”, - deyə Ağazəryan jurnalistlərə müsahibəsində bildirib.

Əslində, bu fikir Ermənistan müxalifəyinin liderləri tərəfindən, keçmiş müdafiə naziri Seyran Ohanyanın dili ilə etiraf edilib.

“Biz bu hökuməti devirmək üçün lazım olan qüvvəni yarada bilmədik”, - deyə parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan bu gün jurnalistlərə müsahibəsində bildirib.

“Daha geniş konsolidasiya mümkün olmadı, çünki bəzi insanların problemləri var, tərəfdarlarımız həbsxanalarda, təzyiq altındadır və bəzi insanlar həqiqətən aldanıblar. İndi hesab edirik ki, parlamentdəki fəaliyyətimiz zamanı ideya tərəfdaşlarımız arxamızda dayanmalıdırlar”, - deyə Ohanyan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 405          Tarix: 15-11-2022, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma