Xəbər lenti


“Mövləvi Əbdülvahid Riqinini oğurlayaraq qətlə yetirən bədxahlar həmvətənlərinin səadətini düşmənlərinin xidmətinə vermiş Rusiya muzdlularıdır”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bəlucların dini lideri Riqninin qətli ilə bağlı yaydığı başsağlığı mətnində bildirib.

O, cinayət törədənlərin tutulub cəzalandırılacağını vurğulayıb: “Bu cinayəti törədən bədxahlar bəluc soydaşlarının xoşbəxtliyi və İran xalqlarının birliyi düşmənlərinin xidmətində olan rus muzdlularıdır”.

Qeyd edək ki, dekabrın 9-da İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Haş şəhərində sünni din xadimi Mövləvi Əbdülvahid Riqini oğurlanaraq qətlə yetirilib.

Əbdülvahid Riqni Tehran hakimiyyətinin son etiraz aksiyalarına görə sərt tənqid edir, bəlucların milli hüquqlarının pozulduğunu bildirirdi. O, siyasi dəyikliklərlə bağlı referendumun keçirilməsinin təklif edirdi.




Ana səhifəyə qayıt        Baxış: 3 205          Tarix: 14-12-2022, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma