Xəbər lenti

“İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib”.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib.

O, İrana gedə biləcəyinə ümid etdiyini bildirib: “Dalan mövcuddur. Agentlik və şəxsən mən bu cür dəyişkən və təhlükəli məsələ ətrafında bu siyasi boşluğu tərk etmək istəmirik”.

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi, inkişaf etdirilməsi və getdikcə daha təkmil sentrifuqaların yaradılması prosesində irəliləyir, bu da narahatlıq doğurur.




Ana səhifəyə qayıt        Baxış: 2 261          Tarix: 13-01-2023, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma