Xəbər lenti

“Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutunun tətbiqi planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır.




Ana səhifəyə qayıt        Baxış: 3 187          Tarix: 28-01-2023, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma