Xəbər lenti


 

Fevralın 10-da Rusiya Federasiyası Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumu həyata keçirib.

 

Ovqat.com-un Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumata görə, Rusiya bu ölkəyə kütləvi hava hücumlarını 8 ədəd Tu-95ms strateji bombardmançı təyyarəsi ilə edib.

 

“Onlar Xəzər dənizi və Volqodonsk ərazilərindən Kh-101 və Kh-555 raketləri ilə Ukraynanı atəşə tutublar. Həmçinin Qara dənizdəki gəmilərdəki Kalibr tipli qanadlı raketlərdən də istifadə olunub”, - məlumatda deyilir.

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı bildirib ki Rusiya Federasiyası fevralın 9-u saat 21:50-dən fevralın 10-u saat 12:00-a qədər 71 qanadlı raket (X-101 / X-555 - 43, "Kalibr" - 28), həmçinin S-300 kompleksindən 35-ə qədər raket atıb. Komandan əlavə edib ki, S-300 raketləri Belqorod vilayətinin rayonlarından və Tokmak yaxınlığındakı Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisindən atılıb.

 

Bundan əlavə, ruslar İranın 7 ədəd “Şahed zərbə PUA-dan istifadə ediblər.

 

“Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 61 qanadlı raketi və 5 “Şahed-136/131” kamikadze pilotsuz uçan aparatını məhv edib", - məlumatda bildiriir.





Ana səhifəyə qayıt        Baxış: 3 950          Tarix: 10-02-2023, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma