Xəbər lenti

İranda nəşr olunan "Şərq" qəetində Ruben Vardanyanla geniş müsahibə dərc olunub.

Yenisabah.az xəbər verir ki, müsahibəni Azərbaycana qarşı daima qərəzli mövqe tutan Ehsan Movahhedian götürüb.

"Artsaxın baş naziri" kimi təqdim olunan Ruben Vardanyan Tehranın bölgədəki siyasəti ilə bağlı bildirib: "İran rəsmi olaraq regionda neytral qalmağa çalışır. Bununla belə, İran regionda ciddi gücdür. Əsrlər boyu belə olub və İran həmişə özünü balanslaşdırıcı rol oynayan mühüm oyunçu kimi göstərib. Xüsusilə vurğulamalıyıq ki, ermənilərlə iranlılar arasındakı dostluq minilliklər tarixinə malikdir və heç vaxt üçüncü dövlətlərin əleyhinə olmayıb".

Daha sonra o, "İran Qafqazda sülhü üçün daha fəal siyasət aparmalıdır" deyərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir.

Müsahibədə ən çox diqqət çəkən məqam özünü "Qafqaz üzrə ekspert" kimi təqdim edən E. Movahhedianın suallarıdır. "Ermənistana təcavüzünün qarşısını almaq üçün İran və Ermənistanın birgə hərbi təlim keçirməsi ilə razısınızmı?" və s. tipli suallarla o, həmişə olduğu kimi, yenə də Azərbaycan Respublikasına qarşı təhrikçi və qərəzli baxışlarını ortaya qoyub.





Ana səhifəyə qayıt        Baxış: 4 045          Tarix: 14-02-2023, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma