“Onlar (Azərbaycanlılar – red.) başa düşməlidirlər ki, silahın köməyi ilə bizi özlərinə boyun əyməyə məcbur etmək istəsələr, yüksək bədəl ödəyəcəklər”.
Ovqat.com-un məlumatına görə, qondarma “DQR”-in sabiq “dövlət naziri” Ruben Vardanyan “Ermənistanın Gələcəyi” mövzulu telekonfransda etdiyini çıxışında belə deyib.
“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük və “reinteqrasiya” sözünü başa düşmürük, çünki bu sözün mənasından belə çıxır ki, biz vaxtilə onların bir hissəsi olmuşuq və bizi yenidən onlara qaytarmaq lazımdır”, - deyə Vardaryan bildirib.
O qeyd edib ki, belə bir vəziyyətdə ermənilərin qarşısında dayanan yeganə yol Kuba kimi Birləşmiş Ştatlara qarşı vuruşmaqdır.
“Biz belə yanaşmaya tabe olmayacağıq, yeganə yol qonşu kimi bir-birinin yanında yaşamaq, ünsiyyət formulunu tapmağa çalışmaqdır, ancaq qonşu statusundan başqa yol yoxdur. Biz 35 ildir mübarizə aparırıq və daha 35 il döyüşməyə hazır olmalıyıq”.
Paylaş: