Xəbər lenti

 

 

Ermənistan prezidenti Nikol Paşinyan ötən ilin oktyabr ayında keçirilən Praqa görüşündə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və Azərbaycan Ordusunun Laçın yolunu heç bir atəş açmadan nəzarətə götürməsi də bunun nəticəsidir.

 

Ovqat.com-un məlumatına görə, Laçın yolunda əldə etdiyimiz yeni yüksəkliklər İrəvanda belə təəssürat yaradıb və bir çox erməni yazarlar bunu “faciə” kimi qiymətləndirirlər.

 

Ambartsum K. adlı erməni müəllifi qələmə aldığı Faciəvi nəticə: Biz hamımız günahkarıq” sərlövhəli məqaləsində yazır:

 

“Müharibə müharibədir. Hətta böyük imperiyalar da məğlubiyyətlə üzləşirlər. Biz Böyük Ermənistanın (?-red.) sakinlərinin övladları olaraq bunu çox yaxşı xatırlayırıq və anlayırıq. Amma biz onu da görürük və başa düşürük ki, xalqımızın növbəti şərəfsiz məğlubiyyəti indi baş verir. Düşmənin istehzasına layiq olmaqdan daha utancverici bir şey təsəvvür edə bilmək mümkün deyil.

 

Bəs biz nə görürük? Azərbaycan ordusu əvvəlki mövqelərindən bir neçə kilometr irəliləyərək Təx kəndi yaxınlığındakı komandanlıq yüksəkliyində möhkəmlənib. Hər kəs düşmən əsgərlərinin yeni mövqeləri möhkəmləndirdiyini əks etdirən videogörüntülərə baxıb...

 

Sən demə, Ermənistan və Azərbaycan hakimiyyətləri razılaşıblar ki, Ermənistanı “Artsax”la birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın və “Artsax”dan Ermənistana gedən yol əvvəllər Tex kəndindən keçsə də, indi yalnız Kornidzordan keçə biləcək. Buradan belə nəticə çıxır ki, dəhliz və beş kilometrlik bufer zonası da Tex kəndindən Kornidzora köçürülməlidir.

 

Kimsə belə bir bəyanatla razılaşıb və buna qane olubmu? Şəxsən mən yox, hadisələrin belə gedişatına razılıq verməmişəm. Bütün bunlar Nikol Paşinyanın İlham Əliyevlə razılaşmalarının nəticəsidir. Bu məsələ taleyüklü xarakter daşısa da, ümumxalq səsverməsinə çıxarılmayıb. Və bu məsələnin ümumxalq müzakirəsi olmadan indi atılan bütün addımlar qeyri-legitimdir.

 

Əslində, məhz buna görə həmin məsələ ümumxalq səsverməsinə çıxarılmadı, çünki hakimiyyət onun nəticələrini yaxşı bilirdi. Xalq bunun əleyhinə səs verəcəkdi. Amma biz artıq əmin olmuşuq ki, xalqın mənafeyini müdafiə pərdəsi altına girmiş hakimiyyət mütəmadi olaraq Ermənistanın, “Artsax”ın, (Ermənilər Qarabağa Artsax deyirlər – red.) bütün xalqımızın maraqlarına zidd hərəkətlər edir.

 

Türkiyə-Azərbaycan təcavüzünə hazır olmamaq, əvvəllər bunun əksi görüntüsü yaratmaq hakimiyyətin uğursuzluğudur. Heç bir dəlil olmadığı üçün gördüyünüz kimi “xəyanət” yazmıram. Amma bu, mütləq uğursuzluqdur. Nəticədə biz torpaqlarımızı, külli miqdarda dağıdılan hərbi texnikanı, həlak olan minlərlə qəhrəmanımızı hakimiyyətin təqsiri ucbatından itirdik.

 

Amma həmin vaxtdan keçən iki ildən artıq müddətdə hakimiyyət nəinki səhvlərini düzəldir, daha artıq yeni səhvlərə yuvarlanır. İndi də rəsmi Bakı davamlı olaraq bu arqumenti dalğalandırır ki, Praqada dördtərəfli görüşün nəticələrinə görə bizim tərəf Azərbaycanın, o cümlədən “Artsax”ın da onun tərkibində olduğu ərazi bütövlüyünü tanıyıb. ən acınacaqlısı odur ki, onlar həqiqəti deyirlər.

 

Doğrudan da Nikol Paşinyan bununla razılaşıb. Yenə də məsələni ictimai müzakirəyə çıxarmadan. Üstəlik, hakimiyyət bizə yalan danışmağa davam edir, guya heç bir dəhşətli hadisə baş verməyib. Düşmən isə öz mövqelərini möhkəmləndirir. Bu dəfə də Azərbaycan gözümüzün qabağında keçmişdə mövcud olmadığı Təx kəndinin beş kilometrlik hissəsində qoşun yeritmək və mövqe tutmaq üçün fəaliyyətə başlayıb.

 

Amma heç bir maneə ilə qarşılaşmayıb. Ermənistanı “Artsax”la birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Ermənistan hakimiyyəti Azərbaycan Silahlı Qüvvələrinin əlverişli yüksəklikləri tuta bilməməsi üçün vaxtında bu əraziyə ordu və ya Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını yerləşdirməyə borclu idi. Əvəzində Ermənistan hakimiyyətinin cinayətkar hərəkətsizliyi nəticəsində Azərbaycan onları işğal etdi. Hər şey bundan ibarətdir. Onsuz da hamı bu haqda bilir və yazır.

 

Amma hakimiyyət yenə də öz səhvini etiraf etmir. Baxmayaraq ki, onun günahı ucbatından Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq. Düşmən qələbəni qeyd edir, onu asan qazandığını vurğulayır.

 

Üstəlik, düşmən rişxəndlə deyir ki, biz hakimiyyətin uğursuz, hətta xəyanətkar hərəkətlərindən qəzəblənirik. Həm də ona görə ki, Paşinyan özünü belə aparmaqla düşmənə əsas verib. Bəs Paşinyana bütün bunları etmək imkanını kim verib? Təəssüf ki, biz özümüz. Bəziləri susmaqla, bəziləri isə axmaqlıqla. Amma nəticə, hər halda, faciəvidir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 994          Tarix: 2-04-2023, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma