Xəbər lenti


 

Dünən gecə “Vaqner” hərbi birləşməsinin komandiri Yevgeni Priqojin Baxmut şəhərinin mərkəzini ələ keçirdiyini bəyan etmişdi. Komandir şəhər meriyasının qarşısında çəkildiyini bildirdiyi video-müraciətlə iddiasını sübuta yetirməyə çalışmışdı.

 

Ukraynanın bu iddialara cavabı özünü çox gözlətmədi.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna Quru Qoşunları komandanı, general-polkovnik Oleksandr Sırski iddianı yalanlayıb. 

 

O bildirib ki, Baxmut Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır və düşmən getdikcə zəifləyir.

 

Cəbhənin ən qaynar nöqtələrində hərbi tapşırıqları yerinə yetirən bölmələrlə daim işlədiyini deyən general Baxmutun ələ keçirilməsi xəbərini rusların uğursuzluqlarını ört-basdır etmək cəhdi kimi qiymətləndirib:

 

"Düşmən zəifləyir və uğursuzluqlarını Baxmutun tutulması ilə bağlı getdikcə daha çox saxtakarlıqla ört-basdır etməyə çalışır. Amma həqiqət budur ki, Ukrayna Silahlı Qüvvələrinin uğurlu işi rus təbliğatçılarının bütün səylərini təkzib edir".




Ana səhifəyə qayıt        Baxış: 4 853          Tarix: 3-04-2023, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma