Xəbər lenti


Putin müharibədəki uğursuzluqlarını üzərinə yükləyə biləcəyi “günah keçisi” axtarır.

 

Ovqat.com-un məlumatına görə, Amerikanın Müharibə Tədqiqatları İnstitutu (ISW) bu fikirdədir. 

 

İnstitutun fikrincə, Rusiya lideri “Vaqner”çilər arasında verilən ağır itkilərdən istifadə edərək, əhalinin diqqətini rus ordusunun uğursuzluqlarından yayındırır.

 

ISW-in son hesabatında bildirilir ki, Putin “Vaqner”in yüksək itkiləri, pis əhval-ruhiyyəsi və hərbi cinayətləri barədə xəbərlərdən rusları ordudakı ən pis problemlərdən yayındırmaq üçün istifadə edir. "Rusiyanın Baxmut uğrunda döyüşlərdəki xəbərlərinin əksəriyyəti əsasən “Vaqner”çilərin ağır itkilərinə yönəlib ki, bu da Rusiya Müdafiə Nazirliyinə Rusiya qüvvələrinin digər itkilərini gizlətməyə və ya azaltmağa imkan verir", - hesabatda qeyd olunur.

 

İnstitut analitiklərinin fikrincə, 2023-cü il fevralın əvvəlində Uqledar yaxınlığında sarsıdıcı məğlubiyyətlərə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi Putinə sadiq qalır. Ekspertlər əlavə edirlər ki, “Vagner”in yaradıcısı Yevgeni Priqojinin bədbəxtliyi, çox güman ki, digər Kreml rəsmilərini, o cümlədən Çeçenistanın rəhbəri Ramzan Kadırovu eyni taledən yayınmaq üçün ambisiyalarını azaltmağa vadar edəcək.

 

ISW-nin fikrincə, Priqojin döyüşçülərinə tələ yemi kimi rəftar etdiyinə görə pis reputasiya qazanıb və onun döyüş sursatı üçün ictimai yalvarışları, çətin ki, bu hərbi qruplaşmada işə götürülmək istəyənlər üçün cəlbedici görünsün.

 

“Priqojin Baxmutu öz kommersiya və siyasi məqsədlərinə çatmaq üçün Kreml və Rusiya Müdafiə Nazirliyi üzərində təsir rıçaqları əldə etmək fürsəti kimi görsə də, Putin öz rejimini səfərbərliyin zərərli təsirlərindən qorumaq üçün “Vaqner”dən istifadə edir. Bu da ordunun fəaliyyətini, Ukraynaya qarşı əməliyyatlarını əhəmiyyətli dərəcədə ləngidir,” - deyə ISW analitikləri bildirirlər.

 

Vaqnerin müharibədə itkiləri

 

ABŞ-ın məlumatına görə, Ukraynadakı müharibə başlayandan “Vaqner” sıralarında 30 mindən çox muzdlu əsgər yaralanıb və öldürülüb. Bu da “Vaqner” kimi özəl müdafiə təşkilatı üçün olduqca böyük itkidir. Təsadüfi deyil ki, bu yaxınlarda yaraqlıların özləri onlarla muzdlu meyit fonunda böyük itkilər verdiləri barədə videomüraciət yayıblar. Onlar bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri hər gün yüzlərlə “həmkarlarını” məhv edir. Daha sonra Vaqnerin başçısı yaraqlılarının “cəsəd dağı”nı göstərmiş, lakin "sona qədər" mübarizə aparacağını vurğulamışdı.

 



“Rusiya Müdafiə Nazirliyi (MN) ilə Vaqner Qrupunun maliyyəçisi Yevgeni Priqojin arasında münaqişə Baxmut döyüşü fonunda çox güman ki, kulminasiya nöqtəsinə çatıb. Rusiya Müdafiə Nazirliyi, xüsusən də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargahının rəisi general Valeri Gerasimov, Priqojini Kremldəki mövqeyinini zəiflətmək və daha böyük təsir ambisiyalarını pozmaq üçün Baxmutda həm elit, həm də məhkum Vaqner qüvvələrini qəsdən xərcləmək fürsətindən istifadə edir. Rusiya Müdafiə Nazirliyi Priqojinin məhkumları işə götürmək və döyüş sursatı almaq imkanlarını getdikcə məhdudlaşdırıb və Priqojini onun Rusiya Müdafiə Nazirliyindən asılılığını açıq şəkildə tanımağa məcbur edib”, - hesabatda vurğulanır.




Ana səhifəyə qayıt        Baxış: 5 905          Tarix: 13-03-2023, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma