Xəbər lenti

Ermənistan ordusuna 25 günlük təlim-məşq toplanışına çağırılan hərbçilər ayağa qalxıb. Onlar Basarkeçər icmasının Tsovak kəndi yaxınlığındakı mövqelərdən yaşayış yerlərinə çatdırılmaları üçün avtobus verilməməsindən qəzəbləniblər.

Hərbçilər saymazyana münasibətə etiraz olaraq Martuni-Vardenis (tarixi adları: Aşağı Qaranlıq-Basarkeçər-M.) dövlətlərarası avtomobil yolunu bağlayıblar.

Toplantı iştirakçılarından biri Ovannes Vardanyan “Hraparak”la söhbətində onların Tsovak kəndi yaxınlığındakı mövqelərindən düşürüldüklərini və 2-ci Ordu Korpusunun komandanlığı tərəfindən nə ilə istəyirsiniz, gedin, deyə onlara bildirildiyini söyləyib. İştirakçılar deyiblər ki, onları çağırışa cəlb edirlər, postlara çıxırlar, amma ailələrinin yanına getmək üçün maşın vermirlər, hər kəs öz pulu ilə gedir.

“Bizim oğlanlardan biri ordu korpusunun komandiri ilə danışdı, dedi ki, maşın yoxdur, necə istəyirsən, get”- erməni deyib.

Vardanyan qeyd edib ki, mübahisələrdən və yol bağlanandan sonra onlara maşın veriblər.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 034          Tarix: 29-04-2023, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma