Xəbər lenti

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Derek Xoqan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Mirzoyan Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə baş verən son toqquşmalar barədə məlumat verib.

Tərəflər eyni zamanda Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dair məsələləri də müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 733          Tarix: 13-05-2023, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma