Xəbər lenti

"Sergey Lavrovun bəyanatı Rusiyanın Ermənistanı bölgədə tək qoymaq təhdididir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Vigen Xaçatryan deyib.

Xçatryan Lavrovun “Ermənistanı Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağa məcbur edirlər” sözlərini şərh edib.

Onun sözlərinə görə, Ermənistan heç vaxt belə bir tələb irəli sürməyib və rusiyalı həmkarları ilə dialoqda belə bir məsələ qaldırmayıb. Vigen Xaçatryanın fikrincə, belə bir bəyanat “Bir tərəfdən, Rusiyanın Ermənistandan çıxması üçün zəmin hazırlamaq kimi qiymətləndirilə bilər ki, bu da arzuolunmazdır. Digər tərəfdən, bu, Rusiyanın ABŞ-la ziddiyyətləri Ermənistan ərazisinə köçürmək cəhdidir”.

“Bu, təxribatdır. Onlar Ermənistanla heç vaxt bu mövzuda danışmayıblar. Belə çıxır ki, ABŞ-la olan ziddiyyətlərini bizim vasitəmizlə həll etməyə çalışırlar. Bizim heç bir istəyimiz yoxdur. Biz dəfələrlə bildirmişik ki, bu ziddiyyətlərin Ermənistan ərazisinə ötürülməsi yolverilməzdir. Biz Rusiya ilə ABŞ arasındakı bu ziddiyyətlərin bizim hesabımıza həll olunmasını və ya inkişaf etdirilməsini istəmirik”, - deyə erməni deputat bildirib.




Ana səhifəyə qayıt        Baxış: 4 725          Tarix: 19-05-2023, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma