Xəbər lenti

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-də mühacirətdə yaşayan lideri doktor Mahmudəli Çöhrəqani “Trend”ə müsahibəsində molla rejiminin yan üstə qoyduğu İran iqtisadiyyatı və “nüvə proqramı” mövzusunda ona ünvanlanan sualları cavablandırıb.

Mahmudəli Çöhrəqani İranda hökm sürən çətin vəziyyətlə bağlı deyib:

“İranda silahlı cəllad rejimi imkan vermir ki, millət hakimiyyəti dəyişsin və ya öz haqlarını müdafiə etsin. Haqlarını müdafiə etmək istəyənləri də ya öldürür, ya da zindanlarda çürüdür.

Bu gün İranın milli valyutası dünyanın ən dəyərsiz puludur. Vəziyyət budur. Hazırda İranda dördnəfərlik bir ailə ildə iki kiloqram ət alıb yeməkdə çətinlik çəkir. Bu, İrandakı iqtisadi vəziyyətin ümumi mənzərəsidir. Aclıq, səfalət, yoxsulluq... Mən daha nələrə toxunum?!”




Ana səhifəyə qayıt        Baxış: 3 815          Tarix: 10-06-2023, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma