Ukrayna Prezidenti Volodimir Zelenski Praqada çex həmkarı Petr Pavel ilə birgə mətbuat konfransında Ukraynanın əks-hücum əməliyyatı, Rusiya ordusunun geri çəkilməsi barədə danışıb.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna döyüşçüləri cəbhədə irəliləyir.
Zelenski qeyd edib ki, ölkəsinin ordusu irəliləyir, indi təşəbbüs Ukrayna ordusundadır.
“Hücum sürətli deyil – bu, faktdır. Amma biz rusiyalılar kimi geri çəkilmirik, irəliləyirik. Ona görə də mən bunu müsbət hal kimi görürəm”, – o deyib.
Öz növbəsində Çexiya Prezidenti Petr Pavel qeyd edib ki, bu il Ukrayna yalnız bir əks-hücum etmək imkanı əldə edəcək.
“Əks-hücumun hazırlanması çox vaxt və resurs tələb edir. Ona görə də uğursuz olarsa, dərhal ikinci əks-hücumun başlana biləcəyini gözləmək real deyil”, – o deyib.
Bundan əlavə, mətbuat konfransı zamanı çexiyalı jurnalistlərdən biri Zelenskidən soruşub ki, Ukrayna hansısa yolla rus dilini bilən vətəndaşları ölkədən “qovmağı” planlaşdırırmı? Bunun üçün prezident jurnalistdən bir-birinin gözlərini görmələri üçün yaxınlaşmağı xahiş edib.
“Mən sizin gözlərinizi görürəm, siz də mənimkini. Vacibdir ki, mənim gözlərimi görəsən, ancaq Putini eşidin və görməyin. Bəzi cəfəngiyyatlara inanmayın”, – Zelenski vurğulayıb.
Prezident vurğulayıb ki, Rusiya işğalının əvvəlindən əksəriyyəti Ukraynanın şərqində və cənubunda yaşayan rusdilli ukraynalıları qətlə yetirib. O xatırladıb ki, indi şərqdə və cənubda çoxlu sayda yaşayış məntəqəsi hər gün Rusiya tərəfindən hücuma məruz qalır.
Azərbaycan24.com
Paylaş: