Xəbər lenti

"Ermənistanda bu gün ən gülməli təyinat həyata keçirilib".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü daşnak Qeqam Manukyan“Facebook” səhifəsində yazıb.

“Düz oxudunuz: bir neçə ay İrəvanın müvəqqəti meri olmuş bir bank işçisi Ermənistan müdafiə nazirinin müavini oldu. Bundan sonra isə Ermənistan ordusunun döyüş qabiliyyəti və islahatlarından danışacaqlar. Bir neçə ay əvvəl müxalifətin Silahlı Qüvvələrdəki vəziyyətlə bağlı təklif etdiyi Milli Məclisin qapalı iclasında mən əsas məruzəçi kimi, digər məsələlərlə yanaşı, yüksək hərbi postların ştat sayının az olması barədə də danışmışdım. Burada müdafiə nazirinin 3 müavin postunun boş qaldığını söylədim. Belə bir təyinatın olacağını bilsəydim, heç orada danışmazdım. Bu hakimiyyətə güclü təhlükəsizlik sistemi, güclü ordu, möhkəmləndirilmiş sərhəd lazım deyil. Bunlar sadəcə hər şeyi məhv edir”, - deyə, Geqamyan yazıb.

Geqamyan bundan başqa, hazırda boş qalan vəzifələrin

sayını açıqlayıb:

Ermənistan Sərhəd Qoşunlarının komandanı (5 ay boşdur);

Ermənistan Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi (7 ay boşdur);

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 2 müavini (müvafiq olaraq 2 il və 7 ay boşdur).




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 3-08-2023, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma