Rusiya ötən həftə Türkiyə Prezidenti Ərdoğanla görüşə Putinin dublyorunu göndərmək istəyib, Ankara isə buna rədd cavabı verib.
Ovqat.com-un məlumatına görə, bu sensasion xəbəri Rusiya xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan “General SVR” Telegram kanalı yayıb.
Məlumata inansaq, Putinin dublyorunun Ərdoğanla görüşə göndərilməsini Türkiyə tərəfi özünə qarşı hörmətsizlik hesab edib və Kremlə “gəlirsə özü gəlsin, gələ bilmirsə gəlməsin” cavabını verib.
“Türklər demək olar ki, birbaşa və açıq mətnlə bildiriblər ki, əgər Rusiya prezidenti səhhətinin pisləşməsi səbəbindən Türkiyəyə səfər edə bilmirsə, onda dublyor göndərməyə ehtiyac yoxdur, bu təhqir kimi qəbul edilə bilər, ondansa görüşü Rusiyada təşkil etmək daha yaxşıdır, ancaq şəxsən Putinlə”, - bildirilən məlumatda vurğulanır ki, Ankaranın bu cavabı Putini lap ruhdan salıb və bazar axşamına qədər heç bir qərar verməyib.
“General SVR” kanalının iddiasına görə, ötən həftənin sonunda Putin özünü çox pis edib və ənənəvi həftəsonu görüşləri keçirməyib: “Yalnız hesabat və dərman qəbul edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və bir neçə yaxın adamla məhdudlaşırılıb”.
Mənbə həmçinin bildirir ki, Putin hazırda çəkiliş üçün hazırlıqdan belə yorulacaq qədər halsızdır: “Nəticədə o, lentə alınması planlaşdırılan iyirmi və ya otuz dəqiqəlik materialın çəkilməsinə deyil, ona hazırlıq prosesinə belə dözə bilmir, təraş və geyinməsi təxminən iki saat çəkir. Prezidentin halı o qədər pisdir ki, bu hazırlıq prosesi onu tamamilə tükəndirir və çəkilişdə normal iştirak edə bilmir. Onun yerinə belə tədbirlərə dublyorları gedir. Dublyorlar son vaxtlar prezidentdən daha az makiyaj olunur və çəkiliş prosesini mükəmməl şəkildə həyata keçirir, demək olar ki, sağlam və yaş baxımından şən bir qoca təəssüratı yarada bilirlər”.
Qeyd edək ki, NATO-nun Vilnus sammitindən dərhal sonra Putinin türkiyəli həmkarı ilə görüşəcəyi gözlənilirdi. İddialardan belə anlaşılır ki, sammitdən 1 aydan çox zaman keçməsinə baxmayaraq Putin ayağa qalxıb Türkiyəyə gedə bilməyib.
Paylaş: