Xəbər lenti

İranın islahatçı eks-prezidenti Məhəmməd Xatəmi hökumətin idarəçilik tərzini, İranın imkanlarının israf edilməsini sərt şəkildə tənqid edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Biz insanların yanında olaraq onların problemini bilib dilə gətirməliyik və hökumətə bildirməliyik ki, insanlara qarşı pis işlər görür”, - deyə Məhəmməd Xatəmi qeyd edib.

O, inqilabdan öncə Müsəlman Siyasi Məhbuslar Dərnəyinin Mərkəzi Şurası ilə görüşündə hökumətin özünü islah etməsinin vacibliyinə bir daha aydınlıq gətirib.

Xatəmi bildirib ki, bu cür idarəçiliklə həm islam, həm xalq, həm də İran əziyyət çəkir və sağalmaz yaralara məruz qalırlar.

“İnsanlar qul deyillər! Çalışın, xalqa cavab verə bilən birisini hakimiyyətə gətirin. Əgər deyirsinizsə ki, gücümüz var və belədirsə, bəs niyə islam adına belə edirsiniz?”- deyə o sual edib.




Ana səhifəyə qayıt        Baxış: 2 895          Tarix: 24-08-2023, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma