“Belə görünür ki, Putin və Ərdoğanın Soçidə, eləcə də İran və Türkiyənin xarici işlər nazirlərinin Tehrandakı görüşləri zamanı regionun gələcək arxitekturasının qurulmasına dair müzakirələr aparılıb. Lakin Paşinyan artıq belə bir arxitekturanın məntiqinə uyğun gəlmir”.
Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan yazıb.
Onun iddiasına görə, Paşinyan artıq bu prosesdən uzaqlaşdırılıb və onun xidmətlərinə daha ehtiyac duyulmur.
“Təsadüfi deyil ki, Rusiyada keçirilən bu görüşlərdən sonra Ermənistanın hazırkı rəhbərliyinə qarşı misli görünməmiş tənqidlər səslənib, onlar artıq Moskva üçün tərəfdaş sayılmırlar və bunun bütün nəticələri görünəcək. Bu adam (Paşinyan - red.) hər nə qədər NATO-dan xilasedici kimi yapışmağa çalışsa da, onun vaxtı artıq başa çatıb”, - deyə Danielyan bildirib.
Paylaş: