Xəbər lenti

Gürcüstanda vətəndaş iğtişaşlarının həm ölkə daxilində, həm də ölkədən kənarda fəaliyyət göstərən bir qrup şəxs tərəfindən hakimiyyəti zorakılıqla dəyişmək məqsədilə təşkil edilməsi planlaşdırılır. Planın müəlliflərindən biri Mixail Saakaşvilinin prezidentliyi dövründə Daxili İşlər Nazirliyinin rəis müavini, hazırda isə Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzedir.


Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.


Ukraynada fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidməti məlumatına görə planı həyata keçirmək üçün gürcüəsilli şəxslər, o cümlədən Gürcüstanın üçüncü prezidenti Mixail Baturinin mühafizəsinin keçmiş üzvü, həmçinin Saakaşvilinin yaxın çevrəsinin üzvü, Ukraynada fəaliyyət göstərən gürcü legionunun komandiri Mamuka Mamulaşvili Lortikpanidzenin tabeliyindədirlər.


Qeyd olunur ki, Gürcüstanda vətəndaş iğtişaşları xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılır.


Dağıdıcı proseslərin başlanması tarixi Avropa Komissiyasının aralıq hesabatı və Avropa İttifaqının (Aİ) Gürcüstana Aİ-yə üzv olmağa namizəd ölkə statusunun verilməsi ilə bağlı yekun hesabatı nəşr olunmalı tarix, yəni cari ilin oktyabr-dekabr aylarıdır.


“Dövlət hakimiyyətini devirməyə hazırlaşan sui-qəsdçilərin gözləntiləri ondan ibarətdir ki, dərc edilmiş rəy mənfi olacaq, bu da onların ixtiyarında olan informasiya şəbəkələri vasitəsi ilə hakimiyyətə süni şəkildə vurulmuş “rusiyapərəst” etiketi ilə ictimai iğtişaşlar və sonrakı qarışıqlıq üçün münbit zəmin yaradacaq”, - deyə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında qeyd olunur.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 4 508          Tarix: 18-09-2023, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma