İranın etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsinə silahlı hücum olub.
Axar.az İran mediasına istinadla xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, gecə saat 02:00 radələrindən başlayan silahlı hücum zamanı polis bölməsində güclü partlayışlar olub.
Rask şəhərinə çox sayda xüsusi qüvvələrin yeridildiyi, kəşfiyyat PUA-larının havaya qaldırıldığı bildirilir.
Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.
Son məlumata görə, polis mərkəzinin daxilində və ətrafında atışmalar davam edir.
İranın polis komandanlığı yerli vaxtla səhər saat 7:53-də yaydığı məlumatda hadisəni təsdiqləyib.
“Hücum edənlər bir neçəsi öldürülüb və yaralanıb. Terror hücumu nəticəsində polis qüvvələrinin bir neçə əməkdaşı da həyatını itirib və yaralanıb”, - rəsmi bəyanatda bildirilib.
"Fars" agentliyi hücum zamanı 12 polis əməkdaşının öldürüldüyünü, 7 polisin isə yaralandığını yazıb.
Paylaş: