Xəbər lenti

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

“Biz ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq”, - o vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Tbilisiyə işgüzar səfərə gedib.




Ana səhifəyə qayıt        Baxış: 2 789          Tarix: 26-01-2024, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma