Xəbər lenti

“İranı qorxutmağa cəhd edilərsə, sərt cavab veriləcək”.

Bu sözləri Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib.

“Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur”.

Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Ət-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub, 40-ı yaralanıb. Yanvarın 29-da ABŞ-yə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq zərbəyə görə Tehranı günahlandıraraq deyib ki, “İran regionda sabitliyi pozmağa davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərə hücumu davam etdirən terrorçuları dəstəkləyir”. İran Xarici İşlər Nazirliyi Stoltenberqin bu açıqlamalarını tənqid edib.

Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına hücuma cavab olaraq addımlar atmaq qərarına gəldiyini açıqlayıb. “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, hazırlanan tədbirlər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. ABC televiziyasının məlumatına görə, Bayden İrana birbaşa zərbə endirməyi məqsədəuyğun hesab etmir, çünki Yaxın Şərqdə münaqişənin kəskinləşməsi onun yenidən ABŞ prezidenti seçilmək perspektivlərini qaralda bilər.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 4 153          Tarix: 2-02-2024, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma