“Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə gəlincə, ilk növbədə hər şeyə aydınlıq gətirilməlidir. Bildiyimə görə, günah bizdə olub”.
Bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib.
A.Aslanyan əlavə edib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb.
“Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub”, - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.
Ermənilərin təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib.
Mənbə: Caliber.az
Paylaş: