Zelenskinin İrəvana gözlənilən səfəri Kiyevdə də narazılıqla qarşılanıb
“Wall Street Journal”-ın təhlili göstərir ki, bu gün Ermənistan Rusiyanı sanksiya altındakı mallarla təmin edən əsas hab ölkədir. ABŞ və Aİ-nin Ermənistana eksportu 400-500 faiz artıb. Hansı ki, Ermənistan heç vaxt bu mallarla bağlı daxili istehlakını artırmayıb. Məlum məsələdir ki, xüsusilə də bu yolla Rusiyaya ötürülən elektronika məhsulları silahlarda istifadə olunur və biz onları döyüş meydanında tapırıq”.
“AzPolitika” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert, polkovnik Oleq Jdanov son efirində söyləyib.
Jdanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri barədə gəzən söhbətlərə də münasibət bildirib və deyib ki, Ukrayna Prezidentinin belə bir ölkəyə səfər etməsi anlaşılan deyil: “Zelenskinin Prezident Ofisi anons edib ki, Prezidentin Azərbaycana və Ermənistana səfəri mümkündür. Azərbaycanla bağlı heç bir sual yoxdur. Məncə, Əliyevlə çoxdan ünsiyyət qurmaq lazım idi. Çünki Azərbaycanın bizə etdiyi yardımı və necə bizi dəstəklədiyini nəzərə alsaq, ən azından nəzakət üçün (Azərbaycana) çoxdan səfər etmək lazım idi. Ermənistan isə böyük sualdır. Düşmən ölkəyə getmək nəyə lazımdır? Hansı ki, Rusiya Fedreasiyası üçün silah, raket komponentləri ötürür və onlar da sonradan bizim başımıza yağdırılır. Hesab edirəm ki, Ermənistan bizim dostumuz deyil. Onların Rusiya ilə hansısa çəkişmələri var...”
Jdanov xatırladıb ki, Ermənistan KTMT üzvüdür və hələ müharibənin əvvəlində Rusiyaya hərbi təyyarələr ötürmüşdü: “Ermənistan KTMT üzvüdür. Yadınızdadırmı, müharibənin əvvəlində Rusiyaya təyyarələrin ötürülməsi? Paşinyan o vaxt deyirdi ki, guya təyyarələr Ermənistandakı bazadadır, onlar Rusiyaya verilməyib... Mən başa düşə bilmirəm ki, bizimlə Ermənistan arasında ümumi nə ola bilər? Fransa indi Ermənistana xeyli silah verməyi və hərbçilərə təlim keçməyi vəd edir. Amma bizə kömək etməyə elə də tələsmir... Yaddan çıxarmayın ki, həmin Fransa Avropa İttifaqının Ukrayna üçün kənardan silah-sursat almasına veto qoyub. Odur ki, Ermənistana getməmək üçün sonsuz sayda arqument var”.
Ukraynalı ekspert Ukrayna Prezident Ofisini doğru qərar verməyə çağırıb: “Ümid edirəm ki, Prezident Ofisində yenidən düşünəcəklər. Azərbaycana bəli! Ermənistanla bağlı isə böyük suallar var...”
C.Məmmədov
“AzPolitika.info”
Paylaş: