Xəbər lenti

Əhməd Xəlilin öldürülməsi Nəsrullah üçün əhəmiyyətli mesajdır. Bu mesaj ondan ibarətdir ki, əgər o, gərginliyi artırmağa, yaxud raket hücumlarına davam etsə, növbə onun özünə gəlib çata bilər. Onun şəxsi mühafizəçisinin öldürülməsi o deməkdir ki, İsrail Nasrullahın yerindən xəbərdardır.

Axar.az xəbər verir ki, bu barədə iranlı siyasi fəal və ekspert Cabir Rəcəbi deyib.

“Həsən Nəsrullah İran tərəfindən yaşıl işıq yandırılan insanlardan biri olub. Onun cangüdəninin və nəvəsinin öldürülməsi təkcə qohumluq əlaqələri yönündən deyil, həm də qrupun yüksək rütbəli üzvləri olması cəhətindən çox mühüm və birbaşa şəxsi mesajdır. Təqribən 48 saat içində 9 qrup üzvü öldürülüb ki, onların arasında Hizbullah generalının nəvəsi və 3 yüksək vəzifəli şəxsin olduğu bildirilir. Hizbullahın 12 əsas komandirindən ən azı 7-sinin öldürüləcəyini və bu qədər bədəl ödəyəcəyini əvvəlcədən bilsəydi, Nəsrullah bu münaqişəyə daxil olardımı, bu da maraqlı suallardandır”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 006          Tarix: 4-03-2024, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma