Xəbər lenti

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Məlumata görə, baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını prezidentə təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.

Onun martın 31-i and içəcəyi gözlənilir. Mustafanın özü baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 762          Tarix: 28-03-2024, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma