Xəbər lenti

İranın birinci vitse-prezidenti Məhəmməd Moxber, İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra müvəqqəti olaraq prezidentin səlahiyyətlərini icra edəcək.

68 yaşlı Moxber İranın digər siyasətçilərlə müqayisədə daha çox kölgədə qalıb. İran konstitusiyasına görə İbrahim Rəisinin ölümündən sonra ölkənin birinci vitse-prezidenti olan Moxber prezidentin səlahiyyətlərini icra etməlidir. Onun İranda prezident seçkilərinə qədər, təxminən 50 gün müddətində, müvəqqəti prezidentin vəzifəsini icra edəcəyi gözlənilir.

Zəif siyasi keçmişinə baxmayaraq, Moxber ölkənin güc strukturlarında, xüsusən də "xeyriyyə" fondlarında önəmli vəzifələr tutmuşdur.

Moxber, "İmam Xomeyninin Əmrlərinin İcrası" və ya "EIKO" kimi tanınan bir təşkilata bir müddət rəhbərlik etmişdir.

ABŞ Xəzinədarlığı bildirib ki, EIKO “İran iqtisadiyyatının demək olar ki, hər bir sektorunda payı olan Ali Rəhbər Əli Xamneyinin birbaşa nəzarəti altında olan bir iş adamı” kimi milyardlarla dollarlıq aktivlərə nəzarət edib.

ABŞ Xəzinədarlığı 2021-ci ildə Moxberə sanksiya tətbiq edərkən, "EIKO rejimin əleyhdarlarının, o cümlədən siyasi rəqiblərin, dini azlıqların və sürgündə olan iranlıların torpaq və mülklərini müsadirə edərək dissidentlərin hüquqlarını sistematik şəkildə pozdu" açıqlamasını paylaşdı. Avropa Birliyi də İranın nüvə proqramı ilə bağlı narahatlıqlarına Moxberi sanksiya siyahısına daxil etmişdir.

EIKO-nun rəhbəri kimi Moxber, pandemiyanın yüksək olduğu dövrdə COVID-19 peyvəndi hazırlamaq səylərinə nəzarət etdi. Moxber on milyonlarla doza peyvənd hazırlamağı vəd etdi. Lakin bu vədi yerinə yetirə bilmədi.

Moxber daha öncə bank və telekommunikasiya sahəsində çalışıb. O, həmçinin ölkənin meqa-layihələrini və bizneslərini idarə edən "Mostazafan" Fondunda işləyib. Orada fəaliyyət göstərərkən, mobil telefon xidməti təminatçısı "Turkcell" və Cənubi Afrikanın "MTN" şirkəti arasında İran bazarına girmək məsələsi qalmaqala qarışıb.

İran mediası bildirir ki, beynəlxalq hüquq üzrə doktorluq dərəcəsi alan Moxber İranın neft sənayesinə qarşı Qərb sanksiyalarından yan keçmək cəhdlərində mühüm rol oynayıb.

Moxber 2022-ci ildən İranın Məsləhət Şurasının üzvüdür, o, ali rəhbərə məsləhətlər verir, həmçinin parlament ilə İranın konstitusiyaya nəzarət orqanı olan və ölkənin seçkilərinə də nəzarət edən Keşikçilər Şurası arasında mübahisələri həll edir.

"Moxber "EIKO"-un İran xalqı hesabına topladığı böyük sərvətdən özü kimi rejim daxilində olanları mükafatlandırmaq üçün istifadə edib. Xalqdan oğurlanmış milyardlar hesabına yaradılmış fondları idarə edərək özünü ali liderə sevdirdi, lakin bu ona baha başa gələ bilər". - Nüvə İranına Qarşı Birlik təşkilatı paylaşdığı xəbərdə vurğulayıb.

Gunaz.tv

Şahin Elxanoğlu




Ana səhifəyə qayıt        Baxış: 4 684          Tarix: 20-05-2024, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma